Türkiyənin “Qalatasaray” klubu ispan hücumçu Alvaro Morata ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, 32 yaşlı futbolçunun icarə müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv olunub. “Milan” buna görə “sarı-qırmızılar”a 5 milyon avro ödəyəcək. Morata isə alacağı 651 min 562 avrodan imtina edib.

Qeyd edək ki, Morata fevral ayında “Qalatasaray”a keçmiş və İspaniya millisi ilə 2024-cü il Avropa çempionatının qalibi olmuşdu.