İtaliyanın Milan şəhərində Qəzza ilə bağlı keçirilən etiraz aksiyaları nümayişçilərlə polis arasında toqquşmalara səbəb olub.
Metbuat.az xəbər verir ki, 60 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 10-dan çox etirazçı saxlanılıb.
Romada on minlərlə insanın iştirak etdiyi yürüş fəalların Sapienza Universitetinin fakültə binasını zəbt etməsi ilə başa çatıb. Dənizçilər də fələstinlilərlə həmrəy olaraq limanları mühasirəyə alıblar.