Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.