Göygöl rayonunda idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki hadisə nəticəsində xəsarət alanlar - 2003-cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Vəziyyətlər kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.