Cənubi Koreyada bazar günü 1904-cü ildə müşahidələrə başlanıldıqdan bəri ən yüksək temperatur qeydə alınıb. Ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində havanın temperaturu 42,5 dərəcə selsiyə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Qurumun rəsmi saytında bildirilib ki, Busan liman şəhərinin yaxınlığında yerləşən Yanqsanda yerli vaxtla saat 13:26-da (Bakı vaxtı ilə 08:26) termometrlər 42,5°C göstərib.
İyulun ortalarında Cənubi Koreya tarixində ilk dəfə olaraq ən yüksək səviyyəli meteoroloji xəbərdarlıq elan etmişdi.
"Bu xəbərdarlıq sistemi tətbiq olunduqdan sonra ilk dəfədir ki, belə bir xəbərdarlıq verilir", – deyə Meteorologiya Agentliyinin rəhbəri Li Mi Son bildirmişdi.