Belçikalı hücumçu Romelu Lukaku “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

Metbuat.az xəbər verir ki, 33 yaşlı futbolçu İstanbul hava limanında klubun formasını geyinib. Lukaku burada jurnalistlərə açıqlamasında transferdən məmnun olduğunu bildirib.

“Çox xoşbəxtəm. "Fənərbaxça" mənə etibar etdi və buna görə kluba təşəkkür edirəm. Məqsədimiz çempion olmaqdır və mən də bunun üçün buradayam”, - deyə hücumçu bildirib.

Məlumata görə, “Fənərbaxça”nın Lukaku ilə 1+1 illik müqavilə imzalayacaq. Komanda çempion olacağı təqdirdə müqavilənin daha bir il uzadılması ilə bağlı seçim aktivləşəcək. Lukakunun bonuslar da daxil olmaqla illik təxminən 10 milyon avro qazanacağı bildirilir.