“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes karyerasında yeni səhifə açıb. 46 yaşlı ispaniyalı mütəxəssis Niderland milli komandasının baş məşqçisi təyin olunub.

Metbuat.az xəbər verir ki, Niderland Kral Futbol İttifaqı (KNVB) Xavinin təyinatını rəsmən açıqlayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2030-cu ilədək nəzərdə tutulub. Bu, Xavinin məşqçilik karyerasında ilk milli komanda təcrübəsi olacaq.

İspaniyalı çalışdırıcı bu vəzifədə Ronald Kumanı əvəzləyib. Kuman 2023-cü ildə yenidən Niderland millisinin sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında komanda AVRO-2024-də yarımfinala qədər irəliləmiş, 2026-cı il dünya çempionatında isə Mərakeşə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdı.

Xavi üçün Niderland millisi ilə qarşıdakı əsas hədəflərdən biri 2028-ci ildə keçiriləcək Avropa çempionatı və 2030-cu il dünya çempionatına hazırlıq olacaq. Onun rəhbərliyi altında komandanın ilk sınaqlarından biri sentyabrın 24-də Almaniyaya qarşı Millətlər Liqası matçı olacaq.

Maraqlıdır ki, Xavi 1978-ci ildən sonra Niderland milli komandasına rəhbərlik edən ilk əcnəbi baş məşqçi olacaq. Bununla da “Narıncılar” 48 ildən sonra milli komandanın sükanı arxasında xarici mütəxəssisə güvənib.