Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə məşhur müğənni Keti Perrinin münasibəti gündəmdədir.
Metbuat.az xəbər verir ki, 2015-2025-ci illərdə Kanadanın baş naziri vəzifəsini tutan Trüdo sevgilisi ilə İtaliyanın Sardiniya adasında istirahətə yollanıb. Cütlük Olbiyadakı özəl terminala eniş etdikdən sonra əl-ələ tutaraq onları gözləyən avtomobilə doğru gedib. 54 yaşlı Trüdonun 41 yaşlı Keti Perrinin çantasını daşıması diqqət çəkib.
Qeyd edək ki, Keti Perri ötən ay qatıldığı podkastda Trüdo ilə münasibətinin həyatını dəyişdirdiyini bildirib və onu “həyatımın sevgisi” adlandırıb. Trüdonun Sofi Qrequardan üç övladı var və cütlük 2023-cü ildə ayrılıb. Perrinin isə aktyor Orlando Blumla münasibətindən Deyzi adlı 6 yaşlı qızı var.