Çində eksperimental maqlev qatarı cəmi 5,3 saniyəyə saatda 800 kilometr sürətə çataraq yeni texnologiyanın imkanlarını nümayiş etdirib.
Metbuat.az xəbər verir ki, sınaq Hubey əyalətindəki 1 kilometrlik xüsusi test yolunda keçirilib. Məlumata görə, sistem maqnit levitasiyası və elektromaqnit hərəkət texnologiyasından istifadə edir və ənənəvi qatarlardakı təkər-rels təmasını aradan qaldırır. Bildirilir ki, bu texnologiya qatarın sürtünməni minimuma endirərək yüksək sürətlə hərəkət etməsinə imkan verir. Tədqiqatçıların növbəti hədəfinin saatda 1000 kilometr sürətə çatan maqlev sistemi hazırlamaq olduğu bildirilir.
Çin bu texnologiyanın gələcəkdə yalnız sərnişin daşımalarında deyil, həmçinin aviasiya və kosmik tədqiqatlarda istifadəsini də nəzərdən keçirir.