"Miss Earth Indonesia 2025"in qalibi Putri Andriani Juficha 25 yaşında vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc modelin ölümü ilə bağlı açıqlama avqustun 14-də, onun doğum günündə yayılıb.

Putri Andriani Juficha 2025-ci ildə Miss Earth Indonesia titulunu qazanmışdı. Onun ölümü ilə bağlı açıqlamanın məhz doğum günündə verilməsi xəbəri daha da diqqətçəkən edib.

Gənc modelin ölüm səbəbi ilə bağlı isə açıqlamada ətraflı məlumat verilməyib.