Britaniya istehsalı olan pilotsuz təyyarələr (dronlar) ilk dəfə olaraq Rusiya ərazisinin daha dərin hissələrinə zərbələr endirmək üçün istifadə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri, Ukrayna Silahlı Qüvvələrindən (Ukrayna Ordusu) olan mənbələrə istinadla yazıb.
Bu dronlar, o cümlədən İngiltərənin Uiltşir qraflığında Callen-Lenz şirkəti tərəfindən istehsal olunan Nyan adlı dron, Volqograd və Yaroslavlda yerləşən neft emal zavodlarına endirilən zərbələr zamanı istifadə edilib.