İsrailin Baş naziri Benyamin Netanyahu Sülh Şurası ilə Qəzza sektoru üzrə iki işçi qrupunun yaradılması barədə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə TASS Netanyahunun ofisinin yaydığı məlumata istinadən məlumat yayıb.
Bildirilib ki, razılaşma Netanyahunun Qüdsdə ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə apardığı danışıqların nəticəsində əldə olunub.
Tərəflərdən biri Qəzzanın tərksilah edilməsi və demilitarizasiyası məsələləri ilə məşğul olacaq. İsrail və Sülh Şurası bu prosesin Qəzzada yenidənqurma işlərinə başlanmazdan əvvəl başa çatdırılmasında israrlıdır.
İkinci işçi qrupu isə Qəzzada sanitariya, təmiz su və əhalinin sağlamlığı ilə bağlı digər problemlərin həllinə fokuslanacaq.
İsrail mediasının məlumatına görə, Netanyahu görüş zamanı Qəzzanın bərpası prosesinin ilk mərhələsi kimi HƏMAS-ın silahlarının beynəlxalq qüvvələrə təhvil verilməsini tələb edib.
Qeyd edək ki, Netanyahu daha əvvəl İsrailin Sülh Şurasının Qəzza ilə bağlı 15 bəndlik planını qəbul etmədiyini və HƏMAS faktiki olaraq tərksilah olunmayana qədər İsrail qüvvələrinin sektordan çıxarılmayacağını bildirmişdi.