ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “ABŞ-ın yeni ərazisi” adlandırıb.
Metbuat.az xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” hesabında paylaşım edib.
ABŞ liderinin yayımladığı şəkildə Fars və Oman körfəzlərinin xəritəsi əks olunub. Xəritədə Hörmüz boğazı mavi dairə ilə işarələnib və üzərində “ABŞ-ın yeni ərazisi” (“New U.S. Territory”) yazısı yerləşdirilib.
Tramp daha əvvəl də Hörmüz boğazı ilə bağlı açıqlamalar verərək, boğazın Amerika ərazisi elan edilməsini “əla fikir” hesab etdiyini bildirib.
Politoloq Konstantin Kalaçev isə Trampın bu bəyanatlarını “hayp” kimi qiymətləndirərək, ABŞ liderinin açıqlamalarına şübhə ilə yanaşmağın vacib olduğunu deyib.