Şimali Koreya lideri Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla yaxın günlərdə əlaqə saxladığı barədə məlumatlar Pxenyan tərəfindən təsdiqlənməyib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və Kim Çen Inın bacısı Kim Yo Çjon bildirib ki, liderlərin son təmasları barədə məlumatı yoxdur.

Bu həftə Donald Tramp Kim Çen Inın onun ikitərəfli əlaqələr qurmaq çağırışına cavab verdiyini və aralarında baş tutan söhbətin “çox müsbət” keçdiyini açıqlayıb. ABŞ prezidenti bununla bağlı əlavə detal verməyib.

Bu fonda Tramp ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi Ulchi Freedom Shield (UFS) hərbi təlimlərinin miqyasının azaldılmasına göstəriş verib. O, təlimlərin ABŞ üçün baha başa gəldiyini və Şimali Koreyaya “lazımsız düşmənçilik siqnalı” göndərdiyini bildirib.

ABŞ senatoru Cek Rid isə Trampı Kim Çen Ina xoş gəlməyə çalışmaqda ittiham edib.