ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində aparılan abadlıq işləri və yeni helikopter meydançasının tikintisi barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb.
O bildirib ki, Ağ Evin ərazisində qazon üçün yeni torpaq qatı salınıb. ABŞ lideri istifadə olunan torpağın otların inkişafı üçün lazım olan qida maddələri ilə zəngin olduğunu vurğulayıb.
“Ərazi tamamilə yenidən işlənib. Səth yeni torpaqla örtülüb və bu torpaq ot üçün vacib qida maddələri ilə zəngindir. Ot olsaydınız, çox xoşbəxt olardınız”, – deyə Tramp bildirib.
Prezident həmçinin Ağ Evdə tikintisi davam edən yeni helikopter meydançası ilə bağlı layihəni jurnalistlərə nümayiş etdirib. Onun sözlərinə görə, meydança rəsmi tədbirlər zamanı istifadə olunacaq.
Tramp mümkün səfərlərə də toxunaraq Çin Prezidenti Si Cinpinin yaxın həftələrdə Ağ Evə gələcəyini bildirib.