“Meta” şirkətinin baş direktoru Mark Zukerberq və həyat yoldaşı Priskilla Çan İrlandada tarixi qala və geniş ərazidən ibarət mülk alıblar.

Metbuat.az “The Irish Times”ə istinadən xəbər verir ki, cütlük bir neçə həftə əvvəl Uoterford bölgəsində yerləşən “Strancally Castle”ı satın alıb. Alqı-satqının qiyməti açıqlanmasa da, 16 min kvadratmetrlik qala və ətrafındakı 440 akr ərazi üçün 20-30 milyon avro ödənildiyi bildirilir.

Zukerberqin nümayəndəsi Brayan Beyker ailənin tarixi binanı qoruyacağını və İrlandiyaya səfərləri zamanı burada qalacağını açıqlayıb. Cütlüyün daimi olaraq İrlandiyaya köçməsi gözlənilmir.

1830-cu illərdə inşa edilən “Strancally Castle” Zukerberqin daşınmaz əmlak portfelinə əlavə etdiyi son mülk olub. Onun ABŞ-nin Kaliforniya, Florida, Vaşinqton və Havay ştatlarında da çoxsaylı daşınmaz əmlaklarının olduğu bildirilir.