Gəncədə 48 yaşlı qadın qətlə yetirilib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdə məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə qeydə alınıb.

1978-ci il təvəllüdlü Qərənfil Muxtarova yaşadığı evdə boğularaq öldürülüb.

Hadisəni törətməkdə qadının 2002-ci il təvəllüdlü oğlu Elgün Mirzəyev şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Qərənfil Muxtarovanın fotosu da yayılıb.