Rusiya Müdafiə Nazirliyi “Pandoranın qutusunu” açan tərəflərə qarşı cavab zərbələrinin endiriləcəyini açıqlayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, məlumata görə, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın Rusiya ərazisində mülki obyektlərə zərbələr endirməklə “Pandoranın qutusunu” açdığını bildirib.

Putinin sözlərinə görə, bunun fonunda Rusiyanın cavab zərbələri Ukraynanın “ən həssas sahələrinə” yönəldilib.

Rusiya Müdafiə Nazirliyi isə bu yanaşmanın davam etdiriləcəyinə və “Pandoranın qutusunu açanlara” qarşı cavab tədbirlərinin görüləcəyinə işarə edib.