Rusiya ordusu Donetsk vilayətindəki Rodinsk şəhərini işğal edib.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya ordusunun yeni irəliləyişləri barədə Ukraynanın analitik monitorinq layihəsi “DeepState” Teleqram kanalında məlumat yayıb.
“Düşmən Rodinsk şəhərini işğal edib, həmçinin Artilnoe ərazisində irəliləyib”, – deyə analitiklər bildiriblər.