Dünya futbolunun canlı əfsanəsi Lionel Messinin karyerasının sonu ilə bağlı suallar yenidən gündəmə gəlib. 39 yaşlı argentinalı ulduz atası Xorxe Messinin vəfatından sonra etdiyi emosional paylaşımda futbolda daha nə qədər davam edəcəyinə dair ciddi şübhələrinin olduğunu bildirib. Messinin sözləri onun karyerasını yaxın zamanda başa vurmaq ehtimalını gündəmə gətirib.

Metbuat.az xəbər verir ki, hazırda ABŞ-də olan Messi “İnter Mayami”nin heyətində çıxışını davam etdirir. Atasının avqustun 8-də 68 yaşında vəfatından sonra Argentinaya gedən futbolçu daha sonra komandasına qayıdıb. O, ötən həftə meydana çıxıb, ardınca “Neşvill”lə oyunda start heyətində yer alıb. Klubun baş məşqçisi Guillermo Hoyos avqustun 18-də Messinin vəziyyətinin yaxşı olduğunu və meydanda özünü rahat hiss etdiyini bildirib.

Messi hələlik futbolla vidalaşacağını rəsmən açıqlamayıb. Lakin atasının ölümü ilə bağlı paylaşımında gələcəyi barədə tərəddüdlərini açıq şəkildə ifadə etməsi azarkeşlər arasında onun möhtəşəm karyerasının son mərhələsinin yaxınlaşdığı barədə müzakirələri gücləndirib.