“Komo”nun müdafiəçisi Dieqo Karlos “Fənərbaxça”ya transfer olmaq üzrədir.

Metbuat.az xəbər verir ki, tərəflər 33 yaşlı braziliyalı futbolçunun transferi ilə bağlı prinsipial razılığa gəliblər. Bu barədə tanınmış insayder Canluka Di Marsio məlumat yayıb.

Qeyd edək ki, Dieqo Karlos ötən mövsüm “Komo”nun heyətində 27 oyuna çıxıb və bir qol vurub. Dieqo Karlosun hazırkı bazar dəyəri 5 milyon avro təşkil edir. Onun “Komo” ilə müqaviləsi 2028-ci ildə yekunlaşır.