Çində 80 mərtəbəli bina hündürlüyünə bərabər olan nəhəng eskalator sistemi istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, layihə ölkənin Çongqing şəhərinə bağlı Vushan rayonunda həyata keçirilib. Bildirilir ki, bu sistem 244 metr yüksəklik fərqini birləşdirir. Təxminən 1 kilometr uzunluğa malik olan kompleks müasir mühəndislik nümunəsi hesab olunur. Layihə çərçivəsində 21 eskalator, 8 lift və 4 hərəkətli yol quraşdırılıb. Bu geniş şəbəkə dağlıq və çətin relyefdə hərəkəti xeyli asanlaşdırır. Məlumata görə, əvvəllər təxminən 1 saat çəkən yol artıq cəmi 21 dəqiqəyə qət olunur.

Layihə eyni zamanda ərazinin turizm potensialını artırmağa xidmət edir. Mütəxəssislərin fikrincə, bu qurğu hazırda dünyanın ən uzun açıq hava dağ eskalator sistemi hesab olunur.