Şəkidə müəllim körpüdən yıxılaraq ölüb.
Metbuat.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qoxmuq körpüsündə baş verib.
Şəki şəhər sakini, 1980-ci il təvəllüdlü Məmməd Qurban oğlu İslamov körpüdən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M. İslamov coğrafiya müəllimi olub.