“Trabzonspor” hücum xəttini gücləndirmək üçün İngiltərə bazarına üz tutub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “bordo-mavililər” İngiltərə Çempionşipində çıxış edən “Norviç Siti”nin 22 yaşlı hücumçusu Mohamed Toure ilə maraqlanır.

Məlumata görə, “Trabzonspor” rəhbərliyi avstraliyalı futbolçunun transferi üçün “Norviç Siti” ilə danışıqlara başlayıb. Klubun əsas planı Toureni icarəyə götürmək, müqaviləyə isə satınalma şərti əlavə etməkdir.

Gənc hücumçunun sürəti, fiziki gücü və hücumdakı çoxfunksiyalılığı onun seçilməsində əsas amillərdən olub. Baş məşqçi Fatih Tekkenin də futbolçunun transferinə müsbət yanaşdığı bildirilir.

“Trabzonspor”un mövsümün ikinci hissəsi üçün hücum xəttinə əlavə güc qatmaq istədiyi və Toure transferində danışıqları sürətləndirdiyi qeyd olunur. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, 22 yaşlı futbolçunun Türkiyəyə yollanaraq “Trabzonspor” formasını geyinməsi gözlənilir.