“Fənərbaxça” “Arsenal”ın müdafiəçisi Kristian Moskeranı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin 22 yaşlı futbolçu ilə bağlı ciddi planlarının olduğu bildirilir. Məlumata görə, Moskeranın hazırkı bazar dəyərinin 35-41 milyon avro arasında olduğu qeyd edilir. Bildirilir ki, gənc müdafiəçiyə Səudiyyə Ərəbistanından da maraq var. “Əl-Hilal” və “Əl-Nəsr”in futbolçu üçün təklif hazırladığı vurğulanır.
İddialara görə, “Arsenal” Moskeranı satmağa isti yanaşmır. Baş məşqçi Mikel Arteta onun oyunundan razıdır. Üstəlik, Vilyam Salibanın zədəsi səbəbindən uzun müddət komandadan kənarda qalacağı gözlənilir. Bu səbəbdən London klubunun Moskeranı heyətdə saxlamaq istədiyi bildirilir.