Lionel Messi Argentina millisindəki çıxışını yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, 39 yaşlı ulduz futbolçu bu qərarını sosial media hesabında paylaşdığı açıqlama ilə elan edib. O açıqlamasında millidəki karyerasını yekunlaşdırdığını bildirib.

Qeyd edək ki, Argentina yığmasında 21 il forma geyinən Lionel Messi 207 matçda 125 qol vurub və hər iki göstəricidə ölkə rekordçusu olaraq milli komandadan ayrılıb. Təcrübəli hücumçu 2022-ci ildə dünya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2008-ci ildə isə Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, 2026-cı il dünya çempionatının finalında İspaniyaya qarşı da Argentina millisinin heyətində meydana çıxıb.