“Beşiktaş” Türkiyə Super Liqasının 3-cü turunda “Çorum FK”nı böyük hesabla məğlub edib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda rəqibini 6:2 hesabı ilə üstələyib. Qarşılaşmanın əsas qəhrəmanı Serbiyalı hücumçu Duşan Vlahoviç olub. O, Super Liqada ilk dəfə start heyətində meydana çıxaraq 42, 59 və 66-cı dəqiqələrdə het-trik edib.

“Beşiktaş”ın digər qollarını Çerni, İlhan Fakılı və Murillo vurub. “Çorum FK”nın heyətində isə Diomande və Mahmiç fərqləniblər.