“Fənərbaxça” Anderson Talişkanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin yaydığı məlumata görə, 32 yaşlı futbolçu ilə yollar ayrılıb. Məlumata görə, Talişka karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda davam etdirəcək. Bildirilir ki, futbolçu yeni komandası ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Anderson Talişka 2024/25 mövsümünün ikinci yarısında “Fənərbaxça”ya transfer olunmuşdu. Braziliyalı yarımmüdafiəçi klubda keçirdiyi müddətdə bütün turnirlərdə 75 matça çıxıb. O, bu görüşlərdə 44 qol vurub və 7 məhsuldar ötürmə edib.