Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,1 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.
Bu il avqustun 1-nə qədər ölkədə 116 055 ədəd NKA quraşdırılıb:
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb".