Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı son qərarlarını “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib.
Metbuat.az xəbər verir ki, Lavrov Almaniyanın tarixdən nəticə çıxarmadığını və yenidən müharibə istədiyini bildirib. Lavrovun sözlərinə görə, PUA-nın Rusiyaya məxsus olduğu araşdırılmadan bildirilib və bu, qəbuledilməz yanaşmadır.
Qeyd edək ki, Almaniya Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatının aşkarlanmasından sonra Rusiya ilə bağlı bir sıra qərarlar qəbul edib. Bu qərarlar arasında Rusiyanın Bonndakı baş konsulluğunun bağlanması və Berlindəki “Rus Evi” ilə bağlı müqaviləyə xitam verilməsi də var.