Hacıqabul rayonunda avtomobil aşıb, ölənlər və xəsarət alanlar var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Onlar Abşeron rayon sakinləri, 1965-ci il təvəllüdlü Aliyev Xankişi Əsgər oğlu, 1869-cu il təvəllüdlü Aliyev Budaq Əsgər oğlu, 1972-ci il təvəllüdlü Aliyeva Xatirə Əkbər qızı və 1997-ci il təvəllüdlü Aliyeva Turan Qabil qızıdır.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.