Şəkidə “Şəki yaylası” ərazisində kanat tipli qurğudan istifadə zamanı həlak olan Coşqun Məmmədov və Ucal Bayramovun əvvəlcədən sığorta sənədi imzalayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı reportajda məlumat verilib.

Qeyd olunub ki, hadisə zamanı kanatın trosu qırılmayıb. Qurğunun asılqan hissəsindəki diyircək trosdan çıxıb.

Məlumata görə, əyləncə məqsədilə istifadə edilən avadanlığın icbari sığortası olub və qurğu təhlükəsizlik yoxlamasından keçirilib.

Hadisə ilə bağlı sübut əhəmiyyətli sənədlər Şəki Rayon Prokurorluğuna təqdim edilib.