Fatih Tekke ilə yollarını ayırdıqdan sonra baş məşqçi axtarışlarını davam etdirən “Trabzonspor”un Şenol Güneşlə anlaşdığı bildirilir.

Metbuat.az xəbər verir ki, “Trabzonspor”un ilk seçimi Arda Turan olub, həmçinin Stefano Pioli, Steven Gerrard və Vitor Pereira ilə bağlı danışıqlar aparılıb, lakin bu görüşlərdən razılıq əldə olunmayıb. Bunun ardından “Trabzonspor” rəhbərliyinin klubun əfsanəvi çalışdırıcısı Şenol Güneşlə razılığa gəldiyi qeyd olunur. 74 yaşlı mütəxəssisin təklifə təklifə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, Şenol Güneş “Trabzonspor”da daha əvvəl klubda beş fərqli dönəmdə çalışıb. Güneş “Trabzonspor”la iki Türkiyə Kuboku və iki Super Kubok qazanıb, komanda ilə keçirdiyi 391 rəsmi matçda 221 qələbə, 83 heç-heçə və 87 məğlubiyyət əldə edib.