“Trabzonspor” rəhbərliyi baş məşqçi postu üçün Stefano Piolinin xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, Fatih Tekkenin istefasından sonra müvəqqəti olaraq Hüseyn Çimşirə həvalə olunan komandada “Konyaspor” məğlubiyyətindən sonra yeni baş məşqçi axtarışları sürətlənib. İtaliyanın tanınmış jurnalisti Canluka Di Marzionun məlumatına görə, “Trabzonspor” “Milan”ı 11 ildən sonra çempion edən Stefano Pioli ilə danışıqlara başlayıb. Bildirilir ki, tərəflər arasında keçirilən ilk görüşdə razılıq əldə olunmayıb. İtalyan mütəxəssisin “Trabzonspor”dan uzunmüddətli müqavilə tələb etdiyi və bu şərtin qəbul ediləcəyi təqdirdə təklifi dəyərləndirəcəyi qeyd olunur.

Qeyd edək ki, Şenol Güneşin “Trabzonspor”da işləməyə razılıq verdiyi barədə xəbərlər dərc edilib.