Çin sədri Şi Cinpin Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən 18-ci BRICS sammitində çıxışı zamanı Yaxın Şərqlə bağlı sülh mesajı verib.

Metbuat.az xəbər verir ki, Şi BRICS ölkələrinin bölgədə sülh və sabitliyin təmin olunmasında üzərinə düşən rolu yerinə yetirməyə hazır olduğunu bildirib. Şi son 20 ildə BRICS-in öz imkanlarına əsaslanaraq inkişaf etdiyini və üzv ölkələrin öz şəraitlərinə uyğun inkişaf yolları axtardığını qeyd edib. O, həmçinin hərtərəfli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik konsepsiyasının qəbul edilməsinin, siyasi bloklaşmaya qarşı çıxılmasının vacibliyini vurğulayıb.

Çin Prezidentinin sözlərinə görə, Pekin BRICS üzvləri ilə birlikdə Yaxın Şərq və Körfəz bölgəsində sülh və əmin-amanlığın təmin olunması üçün üzərinə düşən rolu oynamağa hazırdır.