Azərbaycandan bu ilin yanvar-avqust aylarında 29,7 milyon dollarlıq 77,4 min ton kartof ixrac edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 5,3% çoxdur.
Hesabat dövründə kartof ixracı ölkənin qeyri-neft sektoru üzrə ixracının 0,14%-ni təşkil edib.