Bu ilin yanvar-avqust aylarında Azərbaycan 27,3 milyon ABŞ dolları dəyərində 30,3 min ton düyü idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici illik müqayisədə dəyər baxımından 24,9% azdır.

Bu dövrdə düyü idxalı ölkənin ümumi idxalında 0,24% paya malik olub.