Bu ilin yanvar-avqust aylarında Azərbaycan 273,4 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,39%-ni təşkil edib.