FIFA 4 türk klubuna transfer qadağası tətbiq edib.

Metbuat.az xəbər verir ki, "Kayserispor", "Sivasspor", "Sarıyer" və "Serik Belediyespor"a transfer qadağası cəzası verilib. "Kayserispor"a iki iş üzrə, digər üç kluba isə bir iş üzrə cəza verildiyi bildirilib.

Məlumata görə, dörd klubun hər birinə tətbiq olunan transfer qadağası 3 transfer dövrünü əhatə edir. Klublar yaranmış borcları ödədikləri halda transfer qadağalarının aradan qaldırılması mümkündür.