Xəbər verdiyimiz kimi, paytaxtın Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin meyiti tapılıb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, dənizdə bataraq həyatını itirənlər Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü olan Əlipaşa Əlizadədir.
Onların hər ikisi tələbə idi və Milli Aviasiya Akademiyasında təhsil alırdılar.