Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Metbuat.az aktual.ge-yə istinadən xəbər verir ki, hadisə dünən “Daş sexləri” kimi tanınan ərazidə qeydə alınıb. Qəza nəticəsində şəhərdə fəaliyyət göstərən “JJB” restoranının sahibi Namiq Qocayev vəfat edib.
İlkin məlumata əsasən, N.Qocayev hadisə zamanı avtomobildə tək olub. Onun idarə etdiyi avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.