Bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanədək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin Xətai məhəlləsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.