Goranboy rayonunda 17 yaşlı oğlanın meyiti yaşadığı evdə tapılıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd kəndində baş verib.
2009-cu il təvəllüdlü Q.M. yaşadığı evdə vəfat edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.