“Fiorentina”nın braziliyalı futbolçusu Dodo bir neçə Avropa nəhənginin maraq dairəsinə düşüb.

Metbuat.az xəbər verir ki, “Milan”, “Yuventus” və “Barselona” 27 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. “La Gazzetta dello Sport”un məlumatına görə, cinah müdafiəçisinin İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Tərəflər yeni müqavilənin şərtləri ilə bağlı hələlik razılıq əldə edə bilməyiblər.