Bakıda “Turan Tovuz”la Türkiyənin “Fənərbağça” komandası arasında keçirilən yoxlama oyunu İstanbul klubunun qələbəsi ilə başa çatıb.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşmada “Fənərbağça” rəqibini 2:0 hesabı ilə məğlub edib.
İstanbul təmsilçisinin qollarını 60-cı dəqiqədə Nqolo Kante, 75-ci dəqiqədə isə Çağrı Balta vurub. Görüşü Rəvan Həmzəzadə idarə edib.
Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, komandalar bundan əvvəl 1994-cü ildə UEFA Kubokunda qarşılaşıblar. Tərəflərin növbəti görüşü 32 il sonra yoxlama oyunu çərçivəsində Bakıda baş tutub.