Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah Tehrana səfərə gedəcək.
Metbuat.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Səfər çərçivəsində Mirzoyanın İran rəsmiləri ilə görüşləri planlaşdırılır. Tərəflər ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Görüşlərdə Cənubi Qafqazda regional əməkdaşlıq məsələsinin də gündəmə gətiriləcəyi bildirilib.