İran hökuməti ölkədə yaranmış xüsusi şəraitlə bağlı yeni iqtisadi plan hazırlayıb.

Metbuat.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu barədə “X” hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, hökumət artan iqtisadi təzyiqlər fonunda fəaliyyət istiqamətini yeniləyib. O, Tehrana qarşı təzyiqin artdığını, lakin hökumətin və xalqın səyləri nəticəsində iqtisadi müharibə çərçivəsində qarşı tərəfin məqsədlərinin həyata keçməsinə imkan verilmədiyini bildirib.

Yeni iqtisadi planın konkret tədbirləri və detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, ABŞ hökuməti İrana qarşı iqtisadi təcrid tədbirləri həyata keçirir. ABŞ maliyyə naziri Skott Bessent bu siyasətin İran rialının məzənnəsinin rekord səviyyədə zəifləməsinə səbəb olduğunu bildirib.