Almaniya Ukraynaya ümumi məbləği 1,3 milyard avro olan yeni hərtərəfli dəstək paketi ayırıb.
Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya Kansleri Fridrix Merts ilə jurnalistlərlə birgə görüşündə açıqlayıb.
"Ukrayna üçün 1,3 milyard avrodan çox yeni hərtərəfli dəstək paketi var. Buraya indi kömək edəcək silahlar, enerji sektorumuza dəstək və qışdan əvvəl çox vacib bir enerji paketi daxildir", - deyə Zelenski bildirib.