“Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız Avropanın nəhəng klublarının diqqətindədir.

Metbuat.az xəbər verir ki, “Real Madrid”, “Arsenal” və “Bayern Münhen” türk futbolçunun transferi ilə maraqlanır. “Corriere dello Sport”un məlumatına görə, “Real Madrid” yayda baş tutmayan keçid üçün yenidən hərəkətə keçə bilər. “Arsenal” da Kenan Yıldızı uyğun namizəd hesab edir. “Bayern Münhen” isə futbolçunu “Yuventus”dan ayrıldığı vaxtdan izləyir və mümkün transfer variantını nəzərdən keçirir. Məlumata görə, “Yuventus” 20 yaşlı futbolçunu komandanın gələcək layihəsinin əsas simalarından biri hesab etdiyindən onu satmağa tələsmir.

Kenan Yıldız ayrılmaq istəsə, Turin klubunun 100 milyon avrodan çox təzminat tələb edəcəyi irəli sürülür.