Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclası keçirilib.
Metbuat.az xəbər verir ki, Riyadda baş tutan toplantıda Səudiyyə Ərəbistanının üzləşdiyi təhlükəsizlik məsələləri və təhdidlər müzakirə olunub. Tərəflər Məkkə və Mədinəyə, həmçinin Səudiyyə Ərəbistanının şəhərlərinə, mülki və iqtisadi obyektlərinə qarşı hücumları ən sərt şəkildə pisləyib və krallığın təhlükəsizliyinə, ərazi bütövlüyünə yönələn hər hansı təhdidi qəbul etmədiklərini bəyan ediblər. Bildirilib ki, razılaşdırılmış hərbi qüvvə və imkanların milli qanunvericiliyə uyğun şəkildə Səudiyyə Ərəbistanına göndərilməsi və sürətlə yerləşdirilməsi üçün tədbirlər görüləcək.
Bununla kollektiv müdafiə imkanlarının, hərbi inteqrasiyanın və təhdidlərə qarşı hazırlıq səviyyəsinin gücləndirilməsi nəzərdə tutulur. Komitə Pakistanın istefada olan general-leytenantı Nauman Mahmudun üç il müddətinə baş katib təyin olunmasına da qərar verib.